
Maliyyə alverçiləri ucbatından neftin qiyməti 10 dollara düşə bilər.
Qaynar.info publika.az-a istinadən bildirir ki, bunu Rusiyanın "Rosneft" Dövlət Neft Şirkətinin prezidenti İqor Seçin bəyan edib.
Londonda "International Petroleum Week" konfransında çıxış edən Seçin deyib ki, alverçilərlə mübarizənin yolu neft hasilatının azaldılmasıdır: "İstehsalçılar tərəfindən mütəşəkkil olaraq neft hasilatının sutkada 1 milyon barel azaldılması dunya bazarındakı qeyri-müəyyənliyi aradan qaldıra bilər".
İ.Seçin onu da əlavə edib ki, 2016-cı ilin sonuna neftə tələb və təklifin disbalansı azala bilər, 2017-cı ilin axırlarına isə sutkada 0,5 milyon barel "qara qızıl"ın defisitini ehtimal etmək olar.
Qaynar.info