Xəbər lenti

"Nida"çıların məhkəməsində izdiham - FOTOLAR
Ölkə06:29 06.05.2014

"Nida"çıların məhkəməsində izdiham - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verildiyi kimi, bu gün "Nida" vətəndaş hərəkatının həbs olunmuş üzvlərinə Ağır Cinayətlər Məhkəməsində hökm oxunması gözlənilir.

Qaynar.info-nun musavat.com-a istinadla verdiyi xəbərə görə, müttəhimlərin qohumları, yaxınları, dostları, habelə ictimaiyyət nümayəndələri məhkəməni izləmək və gənclərə dəstək olmaq üçün məhkəmə binasının önünə toplaşıblar.

Polislər izdihamı binanın qarşısından çəkilməyə, üzbəüzdəki parkda toplaşmağa vadar edib.

Məhkəmə binası önünə cəlb edilmiş əlavə polis qüvvələri qələbəliyə görə həyəcanlıdırlar və jurnalistlərə normal işləmək imkanı vermirlər.

Qeyd edək ki, dövlət ittihamçısı 8 gəncə üst-üstə 64 il həbs cəzası istəyib. Onlar "Molotov kokteyli" düzəldərək dövlət çevrilişi etmək cəhdində təqsirləndiriilirlər. Gənclər özləri və beyəlxalq hüquq müdafiəsi təşkilatları ittihamları əsassız sayır, cinayət işini qurama hesab edirlər.

Qaynar.info