
"Novruz bayramına qədər əfv olacaq".
Qaynar.info bildirir ki, bunu lent.az-a açıqlamasında Əfv komissiyasının üzvü Rəşad Məcid deyib.
Onun sözlərinə görə, artıq komissiyanın 3 iclası olub: "Bu gün dördüncü iclas olacaq, yəqin ki, bu, yekun iclasdır. Komissiyaya 400-dən artıq sənəd daxil olub. Biz bunların hamısına baxırıq. Barəsində müsbət rəy olanlarla bağlı prezidentə məlumat veriləcək. Güman edirəm ki, prezident Novruz bayramına qədər əfv sərəncamı imzalayacaq".
Qaynar.info