Xəbər lenti

"Oğlum müğənni ilə evlənmək istəsə..." - Azərbaycanlı müğənni
Maqazin12:05 07.05.2016

"Oğlum müğənni ilə evlənmək istəsə..." - Azərbaycanlı müğənni

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu yaxınlarda övladına kiçik toy mərasimi keçirən müğənni Yaşar Yusub ailəsini mediadan gizli saxlamağa çalışır. Qaynarinfo.az-ya açıqlama verən Yaşar ailəsi ilə gündəmə gəlməkdən xoşlanmadığını deyib:  
"Mən müğənniyəm, düşünürəm şəxsi həyatım heç kimə maraqlı deyil. Məni sevənlər mahnılarımı, kliplərimi və yaradıcılığımı izləməlidi. Ona görə də oğlumun toyuna media əhlindən heç kəsi çağırmadım. Düzdü, bəzi ifaçılar var ki, onlar çalışırlar ailəsi ilə gündəmə gəlsin, tez-tez sosial şəbəkədə şəkillər paylaşırlar. Şübhəsiz hər kəsin öz düşüncəsi var və buna qarışmağa ixtiyarımız yoxdu".
İfaçı oğlunun müğənni xanımla evlənməsinə də çox normal münasibət göstərəcəyini söyləyib: "Oğlum hansısa bir müğənni ilə evlənmək istəsə buna mane olmaram. Bu onun həyatı, onun seçimidi. Əsas odu ki, ortada sevgi və yaxşı seçim olsun. Biz də müğənniyik, bizə də qız veriblər. Burda heç bir problem yoxdu".
Qaynarinfo.az