
Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində "Qarabağ"la oyundan sonra PAOK-un futbolçusu Fakundo Pereyra jurnalistlərə fikirlərini bildirib.
Qaynarinfo.Az xəbər verir ki, argentinalı futbolçu ümidlərinin qaldığını bildirib:
"Meydanda nə qədər mübarizə aparırsan apar, əsas nəticədir. Biz isə bu gün istədiyimiz nəticəni qazana bilmədik. Çox təəssüf ki, bu gün 3 xalı qazana bilmədik. Xüsusən də, öz meydanımızda məğlub olmağımız yerinə düşmədi. Çox çətin vəziyyətdəydik. Bu gün yüksək səviyyədə futbol oynamağı bacaran bir komanda ilə qarşılaşdıq və onlar vətənlərinə 3 xalla yollanırlar. İndi qrupda elə vəziyyət yaranıb ki, son iki görüşdə mütləq 6 xal toplamalıyıq. Hədəfə çatmaq üçün daha yaxşı oynamaq məcburiyyətindəyik. Ümid edirəm ki, qalan oyunlarda həm özümüz qələbə qazanacağıq, həm də digər matçlardakı nəticələr bizim xeyrimizə olacaq”.
Qeyd edək ki, Fakundo Pereyra ötən mövsümün ilk 6 ayında "Qəbələ"də icarə əsasında çıxış edib və komandaya Avropa Liqasının qrup mərhələsində kömək edib.
Qaynarinfo.Az