Xəbər lenti

"Orduda əsgər ölməsin, kim ölsün?" - Bayram Səfərov
Ölkə10:15 03.04.2013

"Orduda əsgər ölməsin, kim ölsün?" - Bayram Səfərov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov ona sual ünvanlayan jurnalistlərə sərt cavab verib. Kəlbəcərin işğalının ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edən Bayram Səfərovun media nümayəndələrinə qarşı aqressiv davranışları ətrafdakı insanların da təəccübünə səbəb olub.

Belə ki, İctimai Televiziyanın əməkdaşı icma rəhbərindən ermənilərin Kəlbəcərdə inşa etdirdiyi orta məktəb barəsində soruşub. Bayram Səfərov isə... telejurnalisti ermənilərə xidmət etməkdə ittiham edib: “Bu nə erməni sualıdır verirsən əə...Bu boyda Azərbaycanda 3000 məktəb tikilib, onu görmürsən, erməninin Kəlbəcərdə tikdiyi bir məktəbi görürsən? Ayıb olsun....”.

Bayram Səfərovun jurnalisti təhqir etdiyini görən digər media mənsubları ona etirazlarını bildirdikdə Bayram Səfərov daha da coşub: “Görmürsən, verdiyi sualı”.

“Bizim Yol” qəzetinin “Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri kimi hərbi hissələrdəki müəmmalı əsgər ölümləri sizi narahat edirmi” sualını da Bayram Səfərov əsəbli reaksiya ilə qarşılayıb: “Bir dəqiqə söndür əlindəkini...Mənim oğlum yerindəsən, bu təxribatçı sualdır verirsən. Yaraşır sənə...? Orduda əsgər ölməsin kim ölsün? Ordudu, hər şey ola bilər. Niyə yazmırsan ki, Azərbaycan ordusu Qarabağı azad edəcək? Bu təxribatçıların yeri deyil axı. Gələrsən, mən sənə deyərəm, əsgərlər niyə ölür”.

Bayram Səfərov jurnalistin daha bir “Azərbaycana gələn xarici diplomatlar nədən sizinlə görüşdən yayınır” sualına isə belə cavab verdi: “Sən nə bilirsən ki, mən onları qəbul edərəm. Onlar kimdir ki, mənlə görüşməsinlər?”.

Qaynar.info