
"Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç keçmiş klubu PSJ barədə danışıb.
Qaynarinfo.Az xəbər verir ki, İbra PSJ-nin hazırki durumuna münasibət bildirib. O, Paris klubu üçün darıxdığı səbəbi də açıqlayıb:
"Parisdə, PSJ-də nə var ki, ona görə darıxıram? PSJ-də aldığım məvacib üçün darıxıram. Bu gün o məvacib həqiqətən də çatışmır. Hesab edirəm ki, PSJ indi də çox güclü komandadır. Onların ambisiyaları dəyişməyib. Yenə də bütün turnirlərdə qalib gəlməyi hədəfləyiblər. Ancaq bunun üçün yorulmadan çalışmaq, inkişaf etmək lazımdır. Amma bu mənim problemim deyil. Mənə öz problemlərim bəsdir".
Qaynarinfo.Az