
Ötən gün bəzi elektron kütləvi informasiya vasitələrində "Park Cinema" kinoteatrlarında "20 Yanvar Hüzn Günü" komediya filmlərinin nümayiş etdirilməsilə bağlı məlumatlara “Park Cinema" Kinoteatrlar Şəbəkəsinin direktoru Namiq Quliyev Qaynar.info-ya aciqlamasinda aydınlıq gətirib.
“Şəhidlərimizə, dövlətimizin müstəqilliyi ugrunda canından keçən insanlara hörmətsizlik haqda yayılan xəbərlər bizi təəssüfləndirir. Çünki, Park Cinema həmişə bu məqamlara xüsusi diqqət yetirib. 20 yanvar günü bütün ümumxalq matəm günlərində oldugu kimi, repertuarımıza komediya janrında film salmırırq. Bu dəfə də istisna olmadı. Hətta bu dəfə həmin gün kinoteatrlarımızın ziyarətçilərinə rejissor Vahid Mustafayevin çəkdiyi "Qanlı Yanvar" filmi də təqdim olundu.
Park Cinema Kinoteatrlar şəbəkəsinin bütün zallarında (Park Cinema Park Bulvar, Metropark, "Flame Towers", Zaqulba) eyni cədvəl üzrə filmlər nümayiş olunub.”
Namiq Quliyev onu da əlavə edib ki, son repertuarda ancaq bir komediya filmi olub - “Xoxan”, o da 20 yanvar günü cədvəllərdən çıxarılıb.
Qaynar.info