Xəbər lenti

"Prezidentlikdən öncəki həyatım üçün darıxıram"
Dünya19:59 28.04.2017

"Prezidentlikdən öncəki həyatım üçün darıxıram"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Donald Tramp prezident olmadan öncəki həyatı barədə danışarkən Ağ Evdə yeni işinin gözlədiyindən daha çətin olmasına təəccübləndiyini deyib.

Trend-in "BBC" agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ Evdə Reuters agentliyinə müsahibə verən cənab Trump keçmiş həyatını "o qədər şey baş verdiyi" üçün "sevdiyini" deyib.

"Bu, keçmiş həyatımda gördüyümdən çox işdir. Mən əvvəlki həyatım üçün darıxıram", - deyə Tramp bildirib.

Trampın prezident olması barədə sözləri sosial şəbəkələrdə lağa qoyulub.

Tramp 100 gündən çoxdur ki, prezident vəzifəsini yerinə yetirir.

Qaynar.Az