Xəbər lenti

"Qadınlar hicabda olmalıdır" -Meyxanaçı Ağamirzə
Ölkə17:45 04.10.2014

"Qadınlar hicabda olmalıdır" -Meyxanaçı Ağamirzə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Meyxanaçı Ağamirzə ANS-də yayımlanan “Bazar səhəri Rövşanə ilə” verilişində qonaq olub. 

Axşam.az-ın məlumatına görə, sənətçi qadınların hicab geyinməli olduğunu deyib. 

“Qadınlar hicabda olmalıdır. Bunu mən demirəm. Bu, Haqqı təalanın buyurduğudur”. 

Aparıcı Rövşanə Bektaşi isə meyxana ustasının bu sözlərinə belə reaksiya verib:“Heç kimi buna məcbur etmək olmaz. İslamda zor yoxdur. Bu, sizin şəxsi fikrinizdir. Hörmətlə qarşılayırıq. Amma bunu çağırış olaraq səsləndirmək doğru deyil”. 

 Qaynar.info