Xəbər lenti

"Qalatasaray"dan ayrılan Sneyderin yeni klubu
İdman16:05 15.07.2017

"Qalatasaray"dan ayrılan Sneyderin yeni klubu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qalatasaray"dan ayrılan Uesli Sneyder kryerasını İtaliyada davam etdirmək istəyir. "Qaynarinfo" fanat.az-a istinadən xəbər verir ki, "Sampdoriya" və "Los Anceles Qalaksi"dən təklif alan holand ulduz A Seriyasına dönmək qərarına gəlib.

İtaliya mətbuatının məlumatına görə, Sneyder "Sampdoriya" rəhbərliyi ilə anlaşmaq üzrədi. Futbolçunun meneceri Quydo Albers də bir neçə gün əvvəl bu barədə açqlama vermişdi: "Uesli "Sampdoriya"da oynamaq istəyir. İlk olaraq bu klubun təklifini dəyərləndirəcək".

Qeyd edək ki, Sneyder "Qalatasaray"a 2013-cü ildə "İnter"dən 7,5 milyon avroya transfer olunmuşdu.

Qaynarinfo.Az