Xəbər lenti

"Qarabağı verməliyik" - Erməni keşişi
Dünya11:04 26.08.2014

"Qarabağı verməliyik" - Erməni keşişi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Erməni Apostol Kilsəsinin Qarabağ Yeparxiyasının başçısı arxiyepiskop Parqev Martirosyan Azərbaycanın nəzarətinə qaytarılacaq ərazilərdən danışıb. 

Soçi görüşlərini şərh edən erməni keşiş deyib: “Həyat təcrübəmdən və son 20-30 ilin hadisələrindən belə görürəm ki, Dağlıq Qarabağ bir neçə rayonu güzəştə getməlidir, referendum keçirilməlidir və bizə nazik dəhliz verməlidirlər. Ancaq təhlükəsizliyimizə zəmanət yoxdur”, - deyə arxiyepiskop Parqev vurğulayır. 

Arxiyepiskop Parqev Qarabağ danışıqlarına və ATƏT-in Minsk qrupunun fəaliyyətinə inanmadığını da bildirib. O, ümidlərinin yalnız Rusiya liderinə bağlı olduğunu vurğulayıb: “Soçi görüşlərindən sonra vəziyyət sakitləşdi. Buna görə Vladimir Putinə minnətdar olmalıyıq”. //anspress

Qaynar.info