Xəbər lenti

"Qarabağ" uddu, "Xəzər Lənkəran" uduzdu
Ölkə15:42 07.02.2015

"Qarabağ" uddu, "Xəzər Lənkəran" uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Topaz Premyer Liqasında XX turun oyunları keçirilib. Qaynar.info хəbər verir ki, turun oyunları iki gündə baş tutub.
İlk oyun günündə "Qəbələ" AZAL-ı qəbul edib və 0:1 hesabı ilə uduzub. "Neftçi" isə doğma meydanda "Simurq"la "sülh" bağlayıb - 0:0.
İkinci oyun günündə "Qarabağ" "Bakı"nı 4:1 hesabı ilə yenib. "İnter" isə Lənkəranda "Xəzər Lənkəran"a qalib gəlib - 2:1.
Qeyd edək ki, "Araz Naхçıvan" çempionatı tərk etdiyindən "Sumqayıt" bu turda istirahət edib.
Premyer Liqa
III dövrə, XX tur
6 fevral
Qəbələ - AZAL 0:1
Qol: Rəşad Abdullayev, 90+3-pen.
Sarı vərəqələr: Elvin Camalov, 73 (qeyri-idman hərəkəti) - Aleksandr Şemonayev, 28 (qeyri-idman hərəkəti). Orxan Lalayev, 70 (qeyri-idman hərəkəti). Viktor İbekoyi, 75 (qeyri-idman hərəkəti); 78 (qeyri-idman hərəkəti). Seymur Əsədov, 90+3 (hakimin icazəsi olmadan meydançaya daxil olduğuna görə).
Qırmızı vərəqə: Viktor İbekoyi, 78 (AZAL).
Qəbələ şəhər stadionu. 1500 tamaşaçı.
Neftçi - Simurq 0:0
Sarı vərəqələr: Elvin Yunuszadə, 51 (qeyri-idman hərəkəti). Karlos Kardozo, 71 (qeyri-idman hərəkəti). Erik Ramos, 80 (qeyri-idman hərəkəti). Denis Silva, 90+2 (qeyri-idman hərəkəti) - Rəşad Eyubov, 84 (qeyri-idman hərəkəti).
“Bakcell Arena”. 1000 tamaşaçı.
7 fevral
Qarabağ - Bakı 4:1
Qollar: Maksim Medvedev, 2. Azad Kərimov, 7 (avtoqol). Riçard Almeyda, 26-pen; 83 - Nurlan Novruzov, 22-pen.
Sarı vərəqə: Tural Qürbətov, 38 (qeyri-idman hərəkəti).
Tofiq Bəhramov adına Respublika stadionu, 450 tamaşaçı.
Xəzər Lənkran - İnter 1:2
Qollar: Fuad Bayramov, 83 (avtoqol) - Məhəmməd Mirzəbəyov, 18. Matiya Şpiçiç, 59.
Sarı vərəqələr: Anar Babazadə, 63 (qeyri-idman hərəkəti). Elşən Rzazadə, (qeyri-idman hərəkəti), 80 - İvan Benitez, 21 (qeyri-idman hərəkəti). Elvin Məmmədov, 27 (hakimi aldatmağa cəhd).
"Xəzər Lənkəran" mərkəzi stadionu. 2500 tamaşaçı.
Fanat.az