Xəbər lenti

"Qarabağ"dan növbəti qələbə
İdman18:39 26.08.2017

"Qarabağ"dan növbəti qələbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Topaz Premyer Liqasında III turun oyunları keçirilib. "Qaynarinfo" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

İlk oyun günündə "Neftçi" "Kəpəz"lə heç-heçə oynayıb - 0:0. "İnter" isə debütant "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

İkinci oyun günündə "Qarabağ" "Qəbələ"ni sınağa çəkib. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazan "Qarabağ" çempionluq uğrunda əsas rəqibi üzərində qələbəyə sevinib - 2:1. "Zirə" isə doğma meydanda "Sumqayıt"a qalib gəlib - 3:1.

3 turdan sonra "Zirə" və "Qarabağ" 9 xalla turnir cədvəlinə başçılıq edir. Qəsəbə təmsilçisi top fərqində rəqibini üstələyir.

Premyer Liqa

III tur

25 avqust

İnter - Səbail 1:0

Qol: Nizami Hacıyev, 4.

Neftçi - Kəpəz 0:0

26 avqust

Zirə - Sumqayıt 3:1

Qollar: Riçard Qadze, 52. Vüsal İsgəndərli, 61; 78 - Jozef Bum, 88 (avtoqol).

Qarabağ - Qəbələ 2:1

Qollar: Mahir Mədətov, 63. Miçel, 73 - Stiven Jozef-Monroz, 69.

1. Zirə33008-2 9

2. Qarabağ33006-2 9

3. Qəbələ32014-3 6

4. İnter31022-3 3

5. Sumqayıt31023-5 3

6. Səbail        31022-3 3

7. Neftçi30121-4 1

8. Kəpəz        30121-5 1

Bombardir: Mahir Mədətov (Qarabağ) - 3.