
Ukrayna Futbol Federasiyasının Nizam-İntizam Komitəsi "Dnepr" klubuna 30 gün müddət verib.
Qaynarinfo.Az xəbər verir ki, bu 1 ay müddətində Dnepropetrovsk klubu əvvəllər bu komandada çalışmış 3 ispan məşqçi önündəki borc öhdəliyini yerinə yetirə bilməsə, 9 xalı silinəcək (hər məşqçiyə görə 3 xal - red.).
Qeyd edək ki, "Dnepr" hazırda maddi problemlər içərisində olsa da, 2 mövsüm əvvəl Avropa Liqasının finalında oynayıb. Həmin mövsüm "Qarabağ" bu komandanı Kiyevdə 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı.
Qaynarinfo.Az