Xəbər lenti

"Qəbələ" avrokuboklara vəsiqə qazandı
İdman06:28 20.03.2017

"Qəbələ" avrokuboklara vəsiqə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Premyer Liqada daha bir medalçı və Avropa kuboklarına vəsiqə qazanan növbəti klubun adı müəyyənləşib. Bu, hazırda 2-ci pillədə gedən "Qəbələ"dir.

"Qaynar" report-a istionadla xəbər verir ki, Roman Qriqorçukun baş məşqçi olduğu komanda XXIII turda səfərdə AZAL-la 1:1 hesablı heç-heçə edərək, xallarını 47-yə çatdırıb. 4-cü pillədəki "Zirə" də "Qarabağ"la qarşılaşmadan 1 xalla ayrılıb - 0:0. Beləliklə, "Qəbələ"nin çempionatı avrokuboklara vəsiqə verən ilk "3-lük"də başa vuracağı dəqiqləşib. Başqa sözlə, "qırmızı-qaralar" ardıcıl 4-cü mövsüm medalçılar sırasında yerini təmin edib.

Amma əvvəlki 3 ildə "Qəbələ" yalnız bürünc medalla kifayətlənibsə, bu dəfə nəinki gümüş, hətta qızıl medal qazanma şanslarına malikdi. Lakin "qırmızı-qaralar"ın 2-ci yeri təmin etməsi XXV, çempionluğa yiyələnməsi isə XXVI turdan tez gerçəkləşməyəcək. Təbii ki, bunun üçün 3-cü pillədəki "İnter" növbəti 2, lider "Qarabağ" isə növbəti 3 turda uduzmalı, Roman Qriqorçukun komandası isə meydanı yalnız 3 xalla tərk etməlidi.

Qeyd edək ki, avrokuboklara ilk vəsiqəni XXII turda "Qarabağ" qazanıb. Reqlamentə əsasən, daha 2 vəsiqəni bürünc medalçı ilə Azərbaycan Kubokunun sahibi təmin etməlidi. Kuboka ilk "3-lük"dəki komandalardan biri sahib çıxsa, 4-cü vəsiqə 4-cü pillənin sahibinə qismət olacaq. Hazırda 3-cü pillədə 39 xalla "İnter", 4-cü pillədə isə 30 xalla "Zirə" qərarlaşıb.

Qaynar.Az