Xəbər lenti

"Qırmızı Xaç"ın rəhbərini vurdular
Dünya15:56 04.06.2014

"Qırmızı Xaç"ın rəhbərini vurdular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Liviyanın Sirt şəhərində naməlum adamlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiya başçısını güllələyiblər.

ANS PRESS-in məlumatına görə, öldürülmüş adamın adı bildirilmir. Yalnız bu məlumdur ki, o, İsveçrə vətəndaşı olub, Misrata şəhərində Qırmızı Xaçın qərərgahına rəhbərlik edib. O, Sirtə yolüstü gəlibmiş.

22 may 2013-cü il tarixdə silahlılar Benqazidə Qırmızı Xaçın nümayəndəliynin binasını atəşə tutmuşdular. Bundan sonra təşkilatın rəhbərliyi Benqazi və Misrat nümayəndəliklərinin fəaliyyətini dayandırmaq qərarına gəlib.

Qaynar.info