Xəbər lenti

"Ramil Usubov mənə bildirdi ki..."
Ölkə07:18 29.05.2013

"Ramil Usubov mənə bildirdi ki..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov daxili işlər naziri Ramil Usubovla görüşüb.

Bu barədə məlumat verən E. Behbudov bildirib ki, görüşdə polis idarələri və şöbələrinin müvəqqəti saxlanma yerlərində saxlanılan şəxslərin vəziyyətindən danışılıb: "Ramil Usubov mənə bildirdi ki, polis günü ilə əlaqədar olaraq bir neçə polis idarəsi və şöbəsinin yeni inzibati binası tikilib istifadəyə veriləcək. Bir neçə bina isə təmir olunacaq. Görüşdə həbsdə olan bloqqer Rəşad Ramazanovla bağlı da söhbətimiz oldu. Ramil Usubov mənə bildirdi ki, Rəşad Ramazanova işgəncə verilməsi ilə bağlı mətbuatda yazılan məlumatların heç bir əsası yoxdur”. // APA