Xəbər lenti

"Rəsmi Yerevan və Minsk Qrupunun mövqeləri üst-üstə düşürsə..."
Siyasət15:45 25.04.2013

"Rəsmi Yerevan və Minsk Qrupunun mövqeləri üst-üstə düşürsə..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əgər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın bildirdiyi kimi, rəsmi Yerevan və ATƏT-in Minsk Qrupunun mövqeləri həqiqətən də üst-üstə düşürsə, bu ölkə Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını dərhal çıxarmalıdır. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

"Minsk qrupu işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı çağırışını 1993-cü ildən bəri müvafiq qətnamələrində əks etdirib", - o deyib.

Abdullayevin sözlərinə görə, rəsmi Yerevan onu da xatırlamalıdır ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərləri - Rusiya, ABŞ və Fransa prezidentləri Akvil, Muskok və Dovildə imzalanmış bəyanatlarında dəfələrlə təsdiq ediblər ki, regionda "status-kvo"nun saxlanması qəbuledilməzdir.