Xəbər lenti

"Rusiya Ramil Şeydayevi itirdi" - Dmitri Xomuxa
İdman09:55 13.10.2016

"Rusiya Ramil Şeydayevi itirdi" - Dmitri Xomuxa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın gənclər və yeniyetmələr yığmasının sabiq baş məşqçisi Dmitri Xomuxa russian.rt.com saytına müsahibə verib. Bakıda Azərbaycanın 21 yaşadək yığmasına (U-21) 0:3 məğlubiyyətdən sonra istefa verən Xomuxa yeni məşqçi Nikolay Pisarevin gəlişindən sonra da Rusiyada Azərbaycanı məğlub edə bilməmələrini (oyun 2:2 bitib - red.) önə çəkib.

Qaynarinfo.Az xəbər verir ki, Dmitri Xomuxa müsahibəsində hazırda Azərbaycan millisində çıxış edən sabiq yetirməsi Ramil Şeydayevdən də danışıb:

"Mən Ramil Şeydayevin Azərbaycan yığmasında çıxış edəcəyini biləndə olduqca üzüldüm. Rusiya futbolu perspektivli hücumçusunu itirdi. Demək çətindir ki, niyə Ramil belə qərar verdi. Bunu onun valideynlərindən soruşmaq lazımdır. Şeydayevin Azərbaycan pasportu alacağı haqda söhbətlər hələ o, Rusiyanın yeniyetmələr yığmasında çıxış etdiyi vaxt gedirdi. Ancaq hər hansısa razılıq da olmamışdı.Ramil aydın şəkildə məhz Rusiyanı təmsil etmək istəyini demişdi".

Qeyd edək ki, Ramil Şeydevev Azərbaycan U-21-i ilə hər 2 oyunda Rusiya tərəfdən çıxış edib.

Qaynarinfo.Az