
Azərbaycan çempionatının I Divizionunda çıxış edən "Səbail" klubu Antalyada sonuncu yoxlama oyununu keçirib.
Qaynarinfo.Az xəbər verir ki, rəqib Macarıstanın aşağı dəstə təmsilçisi "Seqed" klubu olub.
Oyun Bakı klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib. "Səbail”in qollarını Ramazan Abbasov və Orxan Səfiyaroğlu vurub.
Komanda meydana bu əsas heyətlə çıxıb: Rəşad Əzizli, Saşa Yunisoğlu (k), Anar Babayev, Fərid Səmədzadə, Ramazan Abbasov, Orxan Qurbanlı, Aslan Hüseynov, Eltun Yaqublu, Ruslan Tağızadə, Bayram Budaqov, Mirzağa Hüseynpur.
Xatırladaq ki, "Səbail" sabah Antalya toplanışını yekunlaşdıraraq günorta saatlarında vətənə dönəcək.
Qaynarinfo.Az