Xəbər lenti

"Səba"da ixtisar varmı? - Şirkətdən açıqlama
Ölkə13:57 06.10.2016

"Səba"da ixtisar varmı? - Şirkətdən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün yerli istehsalçı olan “Səba” şirkətində 60 nəfərin işdən azad edilməsi, digər işçilərin maaşlarının isə 40% azaldılması barədə məlumat yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün Qaynarinfo.Az “Səba” ASC-dən açıqlama alıb. Şirkətdən bildirilib ki, quş əti, süd məhsulları, dərin emal, əkinçilik məhsulları istehsal edən 5 müəssisədən ibarət “Səba” Açıq Səhmdar Cəmiyyətində 1150 işçi çalışır:

"Şirkətin əsas istehsal istiqaməti olan quş əti istehsalı müəssisəsinin ziyanla işləməsinə baxmayaraq, 9 aylıq birləşmiş hesabata görə, Səhmdar Cəmiyyəti 2 milyon manatdan yuxarı mənfəət əldə edib. Xammal və materialların qiymətinin qalxması səbəbindən ziyanla çalışan quş əti istehsalı müəssisəsini rentabelliyə çıxarmaq məqsədilə, şirkət inzibati xərclərin azaldılması qərarına gəlib. Bu da quş əti istehsalında çalışan işçilərdən 50 nəfərin öz hesabına 3 aylıq məzuniyyətə göndərilməsi qərarı olub. Quş əti istehsalı müəssisəsinin 500 manatdan yuxarı əməkhaqqı alan inzibati heyətinin maaşı isə mənfəətə bağlı sistemə keçirilib".

Şirkətdən o da bildirilib ki, “Səba” quş əti istehsalı sahəsində 800 nəfərdən yuxarı işçi çalışır və ötən 9 ayda müəssisənin rentabelliyinin düşməsinə baxmayaraq, 1 nəfər də işdən azad edilməyib. Özhesabına məzuniyyətin vaxtının belə müəyyənləşdirilməsi məsələsinə də şirkət aydınlıq gətirib:

"Nazirlər Kabinetinin ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələrinə dəyişikliklərlə bağlı 23 sentyabr 2016-cı il tarixli qərarı şirkətin satış həcminə yaxın vaxtlarda müsbət təsir göstərəcək. Bu da quş əti istehsalı müəssisəsinin yaxın aylarda rentabelliyə çıxmasına və “Səba”nın özhesabına məzuniyyətə göndərilmiş işçilərinin yenidən öz iş yerlərinə qayıtmasına səbəb olacaq".

Pərvin Zeynal

Qaynarinfo.Az