Xəbər lenti

"Sizləri güllələyəcəm və asacam" - Jirinovski deputatları hədələdi - VİDEO
Dünya11:23 15.03.2017

"Sizləri güllələyəcəm və asacam" - Jirinovski deputatları hədələdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Gələn ilin mart ayında Kremlə daxil olacam, sizləri güllələyəcəm və asacam, alçaqlar və əclaflar!"

FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, Rusiya Dövlət Dumasında vitse-spiker Serqey Neverov Etika Komissiyasına Jirinovskinin sözlərini araşdırmağı tapşırdıqdan sonra Liberal Demokratlar Partiyasının (LDPR) fraksiyası tam tərkibdə  iclas zalını tərk edib.

Bundan əvvəl  tribunada çıxış edən LDPR rəhbəri  bəzi deputatların Moskva əyalət hökumətini müdafiə etməsindən narazılığını bildirmişdi. O gələn prezident seçkilərində qalib olacağı təqdirdə öz müxaliflərini güllələcəyinə söz verib.

"Gələn ilin mart ayında Kremlə daxil olacam, sizləri güllələyəcəm və asacam, alçaqlar və əclaflar!", - deyə o, Dövlət Dumasının tribunasında çıxışı zamanı deyib.

Serqey Neverov bu çıxışla bağlı narazılığını bildirdikdlən sonra Etika Komissiyasına  Vladimir Jirinovskinin çıxışına diqqətlə yanaşmağa çağırıb. LDPR sədri isə buna etiraz olaraq fraksiyasını iclas zalından çıxarıb.

Qaynar.Az