
Latviya hakimiyyəti tərəfindən portalının .lv domen zonasında bağlanması haqda qərarından sonra Sputnik İnformasiya agentliyi və radiosu Sputnik Latviya informasiya resursunun işini rus və latış dillərində .com domenində bərpa etdi.
Beləliklə Sputnikin peşəkar jurnalist və redaktorları beynəlxalq və yerli hadisələr haqda danışmağa və öz oxucularına aktual məsələlər barədə bütün fikir müxtəlifliyini təqdim etməyə davam edəcəklər. Bundan başqa Latviyadakı oxucular iOS və Android platformalarından Sputnik mobil tətbiqini latış və rus dillərində yükləyə bilərlər.
Xatırladaq ki, martın 29-da Sputnik Latviya resursunun .lv domen zonasında bağlanması haqda rəsmi məktub alıb. Ölkə XİN-ə istinad edən domen qeydiyyatı qurumunun rəsmi məktubunda deyilir ki, “sputniknews.lv domen adının qeydiyyatı Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə təhlükə ilə əlaqədar məhdudiyyətlər haqda Avropa Birliyinin qərarını pozur”.
Fevral ayında Latviyadan olan Avropa parlamentinin deputatı Robert Zile LNT telekanalının efirində Sputnik Latviya internet-portalının bağlanmasına çağırmışdı. O, resursu “Latviyanın media məkanına təcavüzdə” günahlandırıb “təbliğat KİV-i” adlandırmışdı. Deputat hökümətdən “təbliğat” probleminin “hüquqi və texniki” həllini tələb etmişdi.
Sputnik agentliyinin təmsilşiləri resursun bağlanmasından dərhal sonra Sputnik-in latış dilində fəaliyyətinin internet KİV üçün xüsusi icazə tələb etməyən Latviya qanunlarına tam uyğun aparıldığını qeyd ediblər.
Qaynar.info