Xəbər lenti

"Status"un statusu əlindən alındı - Baş verən davaya görə
İdman09:20 11.10.2016

"Status"un statusu əlindən alındı - Baş verən davaya görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda həvəskarlar arasında ilk tamhəcmli liqaya start verilib. Dünən MFL Liqasının “A” konferensiyası üzrə oyunlar başlayıb. 20 komandanın qarşılaşdığı ilk konferensiya hərəsində 5 oyun olmaqla, “Sportster” və “Azfar” meydançalarında baş tutub.
Qaynarinfo.Az xəbər verir ki, “Azfar” meydançasında saat 19:00-da keçirilmiş ilk oyunda “Status” FK və “Favorit” FC arasında insident yaşanıb. Oyunda hər iki komandanın oyunçuları arasında dava baş verib. Nəticədə “Status” FK komandasının azarkeşləri meydançaya girib və rəqib komandanın – “Favorit” FC-nin oyunçularına fiziki güc tətbiq etməyə başlayıblar. Qeyd edək ki, MFL reqlamentinə əsasən, sayından asılı olmayaraq, istənilən komandanın azarkeşi meydançaya daxil olarsa, bu həmin komandanın hesabına texniki məğlubiyyət olaraq yazılır.
Dünənki insidentdə “Status” FK həm MFL Liqasının reqlamentinə əməl etmədiyinə, həm də “Fair Play” qaydalarını pozduğuna görə MFL-in verdiyi rəsmi qərara əsasən, Liqadan kənarlaşdırılıb.
Qeyd edək ki, bu gündən sonra baş tutacaq oyunların təhlükəsizliyini tam şəkildə təmin etmək məqsədilə Liqanın bütün oyunları “Sportster” meydançalarında keçiriləcək. Bundan əlavə, oyun günü qarşılaşmalar başlayandan bitənədək asayişi qorumaq məqsədilə polis patrulu çağrılacaq. İstənilən komanda oyunda insidentə əsas verərsə, dərhal polisə veriləcək və mübahisələr, davalar qanun çərçivəsində öz həllini tapacaq.
MFL təşkil etdiyi çempionatın texniki, inzibati və maddi cəhətdən öncədən təyin olunmuş səviyyədə həyata keçirilməsi üçün məsuliyyət daşıyır. Üzərinə götürdüyü bu məsuliyyətdən irəli gələrək MFL liqada iştirak edən bütün komandaları inzibati və intizam qaydalarına əməl etməyə, reqlamentdə tələb olunan müddəaları gözləməyə çağırır. 
Qaynarinfo.Az