
Türkiyədə dövlət çevrilişinə cəhd işinin istintaqı çərçivəsində ən azı 70 nəfər saxlanılıb.
Qaynarinfo.Az bu barədə "Anadolu" agentliyinə istinadən məlumat verir.
Qeyd edk ki, saxlanılanların arasında 37 nəfər "Türk Telekom"un əməkdaşı, 7 nəfər isə Manisa əyalətinin polis əməkdaşlarıdır.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin ən iri telekommunikasiya şirkətlərindən olan "Türk Telekom"un rəhbərliyində təmsil olunan 3 nəfər hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılmışdı.
Qaynarinfo.Az