Xəbər lenti

"Türkiyə üzünü yaxın ətrafına çevirir" - Ekspert
Ölkə14:30 10.08.2016

"Türkiyə üzünü yaxın ətrafına çevirir" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Avropa Birliyi 53 il Türkiyəni aşağılanmış şəkildə qapıda gözlətdirdi, indi də illərin strateji müttəfiqi Amerika Türkiyənin terrorçu adandırdığı şəxsə müttəfiqinə ekstradisiya etmək istəmir". 

Qaynarinfo.Az xəbər verir ki bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, Türkiyə və Rusiya prezidentləri Ərdoğan və Putinin Sankt-Peterburqda müzakirə etmədiyi mövzu qalmadı: "Bir il keçməz, Türkiyə-Rusiya münasibətləri təyyarə vurulmadan öncəki inkişaf dövrünə qayıdar, hətta Putin daha da əlaqələrin irəriləməsi vaciblyini bildirdi. Ərdoğanın təklif etdiyi Türkiyə-Rusiya-Azərbaycan formatı da yerindədir. Putinin bu təklifə münasibəti hələ bəlli deyil. Ankara Kremllə yanaşı Tehranla da münasibətləri inkişaf etdirmək istəyir. Ərdoğanın Sankt-Peterburqdan sonra Tehrana da səfər edəcəyini istisna etmirəm". 

Politoloq bildirib ki, Ərdoğanın nə ABŞ-a, nə də Avropa Birliyinin aparıcı dövlətlərinə hazırki şərtlər daxilində səfəri mümkün deyil: "Bu gedişlə Vladimir Jirinovskinin “bölgədə güclü Rusiya-Türkiyə-İran-İraq birliyi formalaşacaq” təklifi reallıqdan uzaq deyil. Avropa Birliyi 53 il Türkiyəni aşağılanmış şəkildə qapıda gözlətdirdi, indi də illərin strateji müttəfiqi Amerika Türkiyənin terrorçu adandırdığı şəxsə müttəfiqinə ekstradisiya etmək istəmir. Belə olan halda da Türkiyə üzünü yaxın ətrafına çevirir".

Qaynarinfo.Az