Xəbər lenti

"Vəziyyətin bu cür davam etməsi böyük problemlər yaradacaq" - Nazir
Dünya07:08 14.09.2013

"Vəziyyətin bu cür davam etməsi böyük problemlər yaradacaq" - Nazir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Normalda Urmiya gölündə 32 milyard kubmetr su olmalıdır, lakin hazırda bu gölün yarısı quruyub və duza çevrilib.

Trend-inİSNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranınenergetika naziri Həmid Çitçiyan ötən gün Urmiya gölünə baxışı zamanıdeyib.

H.Çitçiyan deyb ki, Urmiya gölündə suyunduzluluğu həddindən artıq çoxdur və vəziyyətin bu cür davam etməsiböyük problemlər yaradacaq.

O deyib ki, Urmiyagölünün nicatı üçün yaradılmış işçi qrupu gölün xilası üçün 12 layihəniprioritet olaraq seçiblər və onların icrasına artıq başlanılıb.

Qeydedək ki, Urmiya gölünün sahəsi təxminən 6 min kvadrat kilometrdir.Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadəedirlər. Ardıcıl quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır,sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, heyvanlara da təsirgöstərir.

İran hökuməti 2011-ci ilinsentyabrında Urmiya gölünün qurumasının qarşısının alınması üçüngörüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı.BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusiləUrmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollarməbləğində maliyyə yardımı ayırıb.

H.Çitçiyandeyib ki, 2011-ci ildən Urmiya gölünün qurumasının qarşısını almaq üçündövlət tərəfindən ayrılacaq vəsaitləri vaxtı - vaxtında ayrılmayıb və2012-ci ildə isə heç bir layihəyə pul ayrılmayıb.

Qaynar.info