Almaniyanın avtomobil istehsalçısı "Volkswagen AG" lüks dizaynlı 80 min "Audi" avtomobilini satış şəbəkəsindən geri çağırıb. Buna səbəb yanacağın ötürülməsi sistemində nasazlığın qeydə alınmasıdır.
Şirkət bildirib ki, geri çağırılan avtomobillərin 35 mini Çinə göndərilibmiş. Çin dünyada "Audi"nin ən böyük alıcısıdır.
Müştərilərə göndərilmiş emaillərdə deyilir ki, 2011-2012-ci ilin aprel ayları arasında buraxılmış avtomobillərdə nadir hallarda olsa da, salonda benzin qoxusu hiss olunur.
Çinin rəsmi Xinhua agentliyi xəbər verir ki, Çinin "Volkswagen"lə birgə müəssisəsi olan "China FAW-Volkswagen" Automotive Co Ltd Audi, A4, A5, A6, A7 və Q7 modellərindən olan avtomobilləri martın 20-də geri çağıracaq.//(azadliq.org)
Qaynar.info