Xəbər lenti

"Whatsapp"dan daha bir möhtəşəm yenilik
Ekonomiks10:27 08.04.2015

"Whatsapp"dan daha bir möhtəşəm yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Facebook-un Whatsapp-ı 22 milyard dollara satın alması ilə birlikdə ən böyük mesajlaşma xidməti artıq sosial şəbəkənin nəzdinə daxil olub.

Facebook-un yenilənməsi gözlənilən v31.0.0.7.13 versiyası ilə artıq Whatsapp ilə birbaşa bağlantı əldə ediləcək. Yəni sosial şəbəkəyə daxil olanlar həm də eyni anda Whatsapp mesajları göndərə biləcəklər. 

Paylaş düyməsinin yanında “WhatsApp-a göndər" seçimi yerləşdiriləcək. Bu hələlik beta versiyalarda yer alıb. Bir müddət sonra sistem tam şəkildə İOS və Android platformlarındakı Facebook tədbiqinin yenilənməsi ilə işə düşəcək. 

Qeyd edək ki, Facebook Whatsapp-ı satın aldıqdan sonra bir neçə yenilik edib. Məsələn, göndərilən mesajları gördükdə qoşa göy xətt görünür, bundan başqa artıq mesajlaşma xidmətinə zəng funksiyası da daxil edilib.//anspress

Qaynar.info