Xəbər lenti

"WikiLeaks"dən növbəti BOMBA
Dünya05:37 08.04.2013

"WikiLeaks"dən növbəti BOMBA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ dövlət katibinin 1973-cü ildə Çilidə törədilən çevrilişdə əli olduğuna dair sənədlər yayılıb.

Amerikanın başının bəlası "WikiLeaks" saytı dünən ABŞ-ın xarici siyasətini əks etdirən 1,7 milyon sənədi dərc edib.Bu barədə musavat.com beynəlxalq mediaya istinadən məlumat yayıb. Sənədlər 1973-76-ci illəri əhatə edir. Həmin vaxt ABŞ-ın xarici siyasətii, əsasən prezident Riçard Nikson (1969-1974) və milli təhlükəsizlik üzrə müşavir və dövlət katibi vəzifələrini tutan Henri Kissincer tərəfindən müəyyən edilirdo. 

"Wikileaks"in dərc etdiyi sənədlər dünyanın müxtəlif ölkələrində ABŞ diplomatiyasının və siyasi əlaqələrinin kursunu əks etdirir. Sənədlər ABŞ səfirliklərinin memorandumları, kəşfiyyat hesabatlarından ibarətdir.Bu sənədlərin əksəriyyəti əvvəllər təhlükəsizlik və məxfilik statusunda idi.Sənədlərdə 1973-cü ildə Çilidə general Augusto Pinoçetin başçılığı ilə hərbi xuntanın sosialist prezident Salvador Alyendeni devirib ööldürməsindən də bəhs ounur. 

Bir çox publisistlər və Qərb tarixçiləri hələ də ABŞ-ı və şəxsən Henri Kissinceri Çilidə dövlət çevrilişində birbaşa iştirak etməkdə ittiham edirlər. Sənədlərdə göstərilir ki. ameriaklı diplomatlar və kəşfiyyat xidmətlərinin əməkdaşları dövlət çevrilişi hazırlayan hərbi dairələlərlə əməkdaşlıq ediblər."Wikileaks"in qurucusu Culian Assanj hazırda Londonda Ekvador səfirliyində gizlənir. Bu ölkə ona siyasi sığınacaq verib.ABŞ onun ekstradisiyasını tələb edir. Amerika qanunları ilə Assanjı casusluqda ittiham edərək çox ağır cəzaya məruz qoya, hətta edam edə bilərlər.

Qaynar.info