3 gündür ki, koma vəziyyətində olan Xalq artisti, tanınmış kamança ifaçısı Habil Əliyevə hörmətsizlik olunub. "Wikipedia"da sənətkarın sentyabrın 3-də dünyasını dəyişdiyi qeyd olunub.
"Wikipedia"nın Azərbaycandakı nümayəndəsi Orxan Quliyev aznews.az-a açıqlamasında Xalq artisti Habil Əliyevin ölüm xəbərinə münasibət açıqlayıb.
O bildirib ki, xüsusi əhəmiyyət kəsb edən məlumatları yerləşdirmək üçün mütləq mötəbər mənbəyə istinad vermək lazımdır: “Əgər istinad yoxdursa, o məlumatı yerləşdirə bilməzlər. Müqayisə üçün deyim ki, bu yaxınlarda Hollivud səviyyəli bir aktyorun ölümü də qeydə alınmışdı. Bu xəbər mötəbər olmayan saytlarda yer alsa da, həmin məlumat "Wikipedia"da öz əksini tapmadı”.
O.Quliyev qeyd edib ki, belə məlumatların "Wikipedia"da yerləşdirilməsi üçün mütləq nüfuzlu dərgilər olmalıdır: “Məsələn, ölən şəxsin ölüm xəbəri onun təmsil olunduğu qurumun saytında yer alandan sonra həmin məlumatı götürüb vikipediyaya yerləşdirmək olar”.
Qaynar.info