
"Ukrayna ilə Rusiya arasında razılaşma olunmasaydı lökəni bankrot və sosial kollaps gözləyirdi"
Qaynar.info xəbər verir ki, bu barədə Ukrayna baş naziri Nikolay Azarov məlumat verib.
"Ukraynanı nə gözləyirdi? cavab sadədir: bankrot və sosial kollaps. Xalq Rusiyadan belə bir Yeni il hədiyyəsi gözləyirdi" deyə Azarov Ukrayna hökumətinin toplantısında deyib.
Qeyd edək ki, Ukrayna-Rusiya dövlətlərarası komissiyasının iclasında iki ölkə prezidentinin görüşü zamanı ikitərəfli müqavilələr imzalanıb.
Həmin razılaşmalar nəticəsində Rusiya Ukraynaya 15 milyard dollar kredit vermişdi.
Qaynar.info