Xəbər lenti

"Xəzər Lənkəran" onları da aldı
İdman19:05 12.07.2014

"Xəzər Lənkəran" onları da aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bakı”nın futbolçuları Rauf Əliyevlə Əfran İsmayılovun "Xəzər Lənkəran"a keçidi rəsmiləşib. ANS PRESS-in məlumatına görə, millimizin üzvləri ilə rəsmi müqavilə imzalanıb.

Hər iki oyunçu ilə anlaşmanın müddəti 2 ildi. "Bakı"dan ayrılan futbolçular bu gün Sloveniyaya yollanaraq komandanın məşqlərinə qatılacaq.

Lənkəran klubu futbolçularla bağlı rəsmi açıqlamanı tezliklə verəcək.

Qeyd edək ki, "Xəzər Lənkəran" bundan əvvəl "Neftçi"dən Rəşad Sadiqovu, AZAL-dan Aleksandr Şemonayevi, "Slaviya"dan Qalin İvanovu, "Şanlıurfaspor"dan Alfred Sankonu və "Parana"dan Fernando Qabrieli heyətinə qatıb.

Qaynar.info