Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Təmsilçilərimizdən “Xəzər Lənkəran” doğma meydanda İsrailin “Makkabi” (Hayfa) klubunu qəbul edib.
Cənub təmsilçisin ilk oyunda rəqibinə uduzmağını və “Makkabi”nin komandamızdan birbaş güclü olmağını nəzərə alsaq, İsrail klubunun mərhələ adlayacağı daha real görünürdü.
Çünki təmsilçimiz növbəti mərhələyə adlaması üçün güclü "Makkabi" klubuna ən azı 3 cavabsız qol vurmalı idi. Ancaq Con Toşakın komandası nəinki qol vura, hətta biabırçılıqdan qaça bilməyib - 0:8.
25 iyul
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları
21:00. “Xəzər Lənkəran” (Azərbaycan) – “Makkabi” (Hayfa İsrail) - 0:8
İlk oyun (0:2)
Qollar: Turgeman, 7 (0:1), Katan, 10 (0:2), Rayos, 13-pen (0:3), 62, (0:7), Abuhazira, 26 (0:4), 44, (0:6), Ezra, 41 (0:5), 44 (0:6), Qolasa, 76 (0:8)
ş hakim: Danni Makkeli (Hollandiya)
Lənkəran şəhər stadionu.
Qol.Az