Xəbər lenti

"Xoxan" filminin çəkildiyi villa satışa çıxarıldı - 2 milyon 500 min manata
Ölkə09:11 20.07.2016

"Xoxan" filminin çəkildiyi villa satışa çıxarıldı - 2 milyon 500 min manata

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda 2,5 milyon manata villa satılır.
"Qaynarinfo.Az" baku.ws-ə istinadən xəbər verir ki, Badamdar qəsəbəsinin 2-ci massivində yerləşən villada Xoxan filmi çəkilib. Tele-qüllənin yanında yerləşən gözəl panoramaya malik olan 4 mərtəbəli (11 sotun içində) villanın təmiri dizaynerlər tərəfindən xüsusi zövq ilə ərsəyə gəlib.
Villada açıq hovuz, sauna, fitness zal mövcuddur. Villa bütün içərisində olan avadanlıqları və əşyaları ilə birlikdə satılır. Villanın 7 sanuzeli var.
Malikanənin həyətində mühafizə üçün ayrıca otaq var. Villanın həyətində yay mətbəxi də tikilib. 
"Qaynarinfo.Az"