
Milli Məclisin deputatı Elton Məmmədov barəsində bəzi KİV-də yazılan məlumatlara münasibət bildirib.
Deputat E.Məmmədov Publika.Az-a açıqlamasın yazılanları “cəfəngiyat” adlandırıb.
Hazırda xaricdə olduğunu vurğulayan E.Məmmədov deyib: “Yazılanlar tamamilə yalan və cəfəngiyatdır. Bunu yazan adamlar boşboğazlardır. Qoyun nə qədər yazırlar yazsınlar. Ümumiyyətlə, mənimlə “Lyuks-Sönməz” MMC arasında heç bir mübahisə olmayıb. Digər tərəfdən isə Davudoğlu ilə Ziya müəllim arasında hər hansı razılaşma yoxdur. Yazılanların hamısı yalandır və heç bir hüququ əsası yoxdur. Yəqin ki, o adamlar yazmağa nə isə tapmırlar, ona görə də belə yazırlar”.