"Milli Şuranın dünənki mitinqində səsləndirdiyim fikirlər düzgün başa düşülməyib. Mən oradakı çıxışımda bildirmişəm ki, Cəmil Həsənli Azərbaycanda həqiqətin mıxını çaldı. Bu ifadə el arasında müsbət mənada işlənilir. Amma, əlbəttə ki, yozanda fərqli cür başa düşülür".
Bunu Teleqraf.com-a açıqlamasında Milli Şuranın 22 sentyabr tarixində baş tutan mitinqində çıxış etmiş sabiq daxili işlər naziri İsgəndər Həmidov oradakı ifadələrinə görə verilən sərt reaksiyalara münasibət olaraq bildirib.
İ.Həmidov mitinqdə təhqiramiz ifadə işlətmədiyini bir daha qeyd etdi: "Mən o səviyyədə deyiləm ki, belə təhqiramiz ifadələr işlədim. Azərbaycan dilini, dialektikanı öyrənsinlər. "Həqiqətin mıxını çalmaq" ifadəsi tamam başqa mənada başa düşülür".