Xəbər lenti

Qurban Məmmədovdan xəbər var
Siyasət10:36 09.07.2014

Qurban Məmmədovdan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 9-da Bakı Apellyasiya Məhkəməsi Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədovun şikayəti üzrə prosesi başa çatdırıb. 

Nəsimi Rayon Məhkəməsinin hökmü qüvvədə qalıb.

Apellyasiya şikayəti Qurban Məmmədovun 3 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökmdən verilmişdi. Hökmü Nəsimi Rayon Məhkəməsi 2013-cu ilin dekabrın 6-da çıxarıb. O, yol hərəkəti qaydalarını pozma və ifadə verməkdən boyun qaçırmağa məcbur etmədə təqsirli bilinib. Müdafiə tərəfi Qurban Məmmədova bəraət istəyirdi.

Vəkil Fəxrəddin Mehdiyev “Media forum” saytına deyib ki, bütün səylərinə baxmayaraq şikayət təmin olunmayıb: “Məhkəmənin qərarı gözlənilən idi. İrəli sürdüyümüz vəsatətlərin heç biri nəzərə alınmamışdı”.

55 yaşlı Qurban Məmmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. AXC-də və ADP-də siyasi fəaliyyət göstərib, bir neçə dəfə həbs olunub. 1995-ci ildən vəkillik edib. O, ötən ilin iyun ayında tutulub.

Qurban Məmmədov ərizə ilə müraciət edərək məhkəməyə gəlmək istəmədiyini və işə onun iştirakı olmadan baxılmasını istəsə də, bu gün hakimin göstərişi ilə məhkəməyə gətirilib.