Xəbər lenti

Qurban Qurbanov Ağabalanı dəyərləndirdi
İdman17:05 06.01.2017

Qurban Qurbanov Ağabalanı dəyərləndirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ" 2016/17 mövsümünün qış transfer pəncərəsində növbəti transferini rəsmən açıqlayıb. "İnter"dən ayrılan, milli komandamızın üzvü Ağabala Ramazanovla 1,5 illik müqavilə imzalanıb.

Qaynarinfo.Az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu keçidlə bağlı öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

"Gənc və istedadlı futbolçudur, məğlub olmağı sevmir. Onun oyun üslubu komandamızın hücumlarına əlavə sürət və güc qatacaq. Əminəm ki, Ağabala Ramazanov bizdə oynadığı müddətdə öz ustalığını artırmaq üçün şans qazanacaq. Ağabala hər zaman xarakter və əzmkarlığı ilə seçilən futbolçulardandır. Ümumilikdə komandamızın oyun üslubuna uyğun gələn futbolçudur".

Qeyd edək ki, 24 yaşlı hücumçu daha əvvəl "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İnter" klublarının formasını geyinib. 2014-cü ildən milli komandamıza dəvət alan Ağabala Ramazanov 1 qolla yadda qalıb. Ağabala bu gün yeni komandasının Antalyada baş tutan qış təlim-məşq toplanışına qoşulub.

Qaynarinfo.Az