Xəbər lenti

Qurban Qurbanov: "Bu olanda oyunumuzdan uzaqlaşırıq"
İdman19:21 19.03.2022

Qurban Qurbanov: "Bu olanda oyunumuzdan uzaqlaşırıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə" ilə matçdan sonra mətbuat konfransında fikirlərini bildirib.
Qaynarinfo xəbər verir ki, mütəxəssis bunları söyləyib:
"Futbolçuları təbrik edirəm. Yaxşı oyun göstərdilər və vacib qələbə qazandıq. Xal itkisindən yox, futbolçuların inamsızlığına görə narahatam. Bu olanda oyunumuzdan uzaqlaşırıq. Futbolçularım get-gedə daha da peşəkarlaşır. İlboyu komandanı eyni səviyyədə saxlamaq çətindir. Bəzən futbolçular performansını itirir. Bu yöndə onlarla danışırıq. İndi oyunçulardan daha çoxunu tələb edirəm".
Səbuhi Həsənov