Xəbər lenti

Qurban Qurbanovla Ozobiç üçün əlamətdar tur
İdman09:20 01.11.2021

Qurban Qurbanovla Ozobiç üçün əlamətdar tur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın fubolçusu Filip Ozobiç və baş məşqçi Qurban Qurbanov üçün Premyer Liqanın 9-cu turunda "Neftçi" ilə baş tutan qarşılaşma əlamətdar olub.
Qaynarinfo PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Ozobiç "Qarabağ"ın heyətində 30-cu dəfə fərqlənib.  30 yaşlı yarımmüdafiəçi "Neftçi” ilə qarşılaşmada 4:0 hesablı qələbəyə dublla töhfə verib. Bu görüşədək "Qarabağ”da 29 qol vuran yarımmüdafiəçi əvvəl 30-cu, ardınca 31-ci dəfə fərqlənib. Filip "Qarabağ”ın tarixində 30 və ya daha çox qol vuran 21-ci futbolçudur. O, hərəyə 31 dəfə fərqlənən Kənan Kərimov və Georgi Adamiya ilə 16-18-ci yerləri bölüşür. Millimizin xorvat əsilli üzvü bu qollardan 27-ni Premyer Liqada, 4-nü isə avrokuboklarda rəqib qapılarından keçirib.
Qurban Qurbanov isə karyerasında 350-ci qələbəyə sevinib. Baş məşqçi karyerasına "Neftçi"də başlayan 49 yaşlı mütəxəssis ilk qələbəsini bu komanda ilə əldə edib. 2006-cı il avqustun 6-da onun komandası "Gənclərbirliyi” ilə çempionatdakı ev görüşündə 6:1 hesablı qələbəyə sevinib. Qurbanov 15 illik baş məşqçi karyerasında üç komandanı çalışdırıb. O, "Neftçi” ilə 25, "Qarabağ”la 321, Azərbaycan milli komandası ilə 4 qələbənin sevincini yaşayıb.
Səbuhi Həsənov