Xəbər lenti

Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlir
Ölkə05:27 05.08.2017

Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-9-da Azərbaycana rəsmi səfərə gələcək.

"Qaynarinfo"nun Trend-ə istinadən məlumatına görə, bu barədə "Türkmən Dövlət Xəbərləri" (TDX) informasiya agentliyi xəbər yayıb.

Qeyd olunur ki, bu səfərlə bağlı məsələlər ölkə Nazirlər Kabinetinin iclası zamanı müzakirə olunub.

Türkmənistan liderinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqların yekunu olaraq geniş ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur.

Bu sənədlər paketinin prioritet istiqamətlərdə qarşılıqlı səmərəli əməkdaşlığın yaradılması və fəallaşmasına istiqamətləndiyi bildirilir.

Qaynarinfo.Az