Xəbər lenti

Qusarda polisə hücum edən dəstənin 2 üzvü zərərsizləşdirildi - VİDEO
Ölkə20:00 19.10.2013

Qusarda polisə hücum edən dəstənin 2 üzvü zərərsizləşdirildi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qusarda polis əməkdaşlarına silahlı hücum edən dəstə üzvlərindən iki nəfər zərəsizləşdirilib. 

Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, əməliyyat rayonun Köhnə Xudat və Aşağı Ləyər kəndləri ərazisindəki meşə massivində həyata keçirilib. 

Axtarışda olan Faiq Şahmuradov və Ramiz Rəhimxanov əməliyyat gedişində öldürülüb. Dəstənin digər üzvü Edik Rüstəmov isə qaça bilib. 

Meşə zolağında əməliyyat davam edir. 

Xatırladaq ki, oktyabrın 16-da Qusarda soyğunçuluq hadisəsi ilə bağlı əməliyyat aparan polis əməkdaşları atəşə tutulmuşdu. Nəticədə güllə yarası almış əməliyyat müvəkkili həlak olmuş, Üç polis əməkdaşı isə yaralanmışdı. 

 

Qaynar.info