"Hesab edirəm ki, növbəti pandemiyalara hazırlıqlar görülməlidir, Dünya Səhiyyə Təşkilatı kordinator funksiyasını zamanında oynamalıdır ki, virus yayılmasın”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla BMT-nin Baş katibi Antonio Quterreşin "Hazırkı pandemiya bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinin yaranmasına hazırlaşmaq lazımdır” fikrinə münasibətində deyib. Onun sözlərinə görə, növbəti pandemiyalara hazırlıq üçün koronavirus pandemiyası təcrübəsindən istifadə edilməlidir:
"Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu ildəki proqnozlarına görə, insan sağlamlığını təhdid edən 10 amildən biri bizi qarşıda gözləyən qrip pandemiyasıdır. Bu pandemiya bir il, ya da 10 il sonra nə vaxtsa olacaq. Yəni bu təhlükə olaraq qalır. Ümumiyyətlə, XXI əsrin vürus əsri olması ilə bağlı Dünya Səhiyyə Təşkilatının, beynəlxalq qurumların proqnozları vardı. Bu pandemiya təbii prosesdir və zamanla bunun baş verməsi artan insan amilinə bağlıdır. İnsanlar həddən artıq çoxalır, fauna və floranı sıradan çıxarır və bu cür kontaktlar tədricən müxtəlif virusların insana transferinə gətirir”.
Adil Qeybulla hesab edir ki, bu faktor pandemiyaların yaranmasında çox rol oynayır.
Bahar Rüstəmli