
İspaniyanın şərqində yerləşən Jirona şəhərinin yol polis idarəsinin rəisi Narsis Kle yolda sürət həddini aşdığı üçün istefa verib.
Qaynar.info xəbər verir ki, 120 kilometr sürət həddinin olduğu yolda 160-la avtomobil idarə edən Kle radara düşüb. Hadisədən 4 saat sonra isə istefa verib.
14 illik vəzifəsindən istefa verən Kle istefa ərizəsini Kataloniya Muxtar hökumətinin daxili işlər naziri Ramon Espadalerə təqdim edib.
Nazir istefa ərizəsini qəbul edərək, bunun şərəfli bir addım olduğunu söyləyib.
Qaynar.info