Xəbər lenti

Rafael Ağayev 5-ci dəfə dünya çempionu oldu
İdman13:06 29.10.2016

Rafael Ağayev 5-ci dəfə dünya çempionu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan idmançısı Rafael Ağayev növbəti dəfə karate üzrə dünya çempionu olub.

Trend-in məlumatına görə, 75 kq çəki dərəcəsində yarışan karateçimiz Macarıstan, Hollandiya, Özbəkistan, Ermənistan və İrandan olan rəqiblərini məğlub edərək finala yüksəlib.

Buna qədər 4 dəfə dünya və 13 dəfə Avropa çempionu olan R.Ağayev final görüşündə Misir idmançısı Əbdül Rəhman Ömərdən də üstün olub.

Beləliklə, karateçimiz 5-ci dəfə dünya çempionu olub.

Qaynarinfo.Az