Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib ki, İran köhnə, lakin hələlik elan olunmamış ərazilərdə aşkar olunmuş uran izlərinin mənşəyi ilə bağlı şəffaf cavab verməyib.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.
Rafael Qrossi əlavə edib ki, uranın mənşəyi ilə bağlı danışıqlar "çox çətin mərhələdədir”.
AEBA dörd il öncədən İrandan tələb edib ki, üç elan olunmamış və gizli saxlanılan ərazidə aşkarlanan uranın mənşəyi ilə bağlı məsələlərə şəffaflıq gətirsin.
İyunun 6-da Agentliyin İranın nüvə proqramı ilə bağlı növbəti rüblük məruzəsi yayımlanacaq və hələ ki, İran AEBA-ya cavab verməkdən imtina edir.
Qrossi Dünya İqtisadi Forumunda bildirib ki, iyunun 6-na qədər İrandan dəqiq cavab alacaqlarına ümid edir: "Tələsik nəticə çıxarmaq istəmirəm, ancaq İranla danışıqlar çox kritik mərhələdədir”.
M.Arif