
"Tolışi Sədo" qəzetinin baş redaktoru Rafiq Cəlilov həbs olunub.
Hazırda baş redaktor Səbail rayon Məhkəməsinə aparılır.
Bu barədə Arqument.Az-a aksiya iştirakçıları məlumat veriblər.
Xatırladaq ki, bu gün bir qrup vətəndaş ANS-in efirində talış dilinə edilən həqarətə etiraz olaraq aksiya keçiriblər. Onlar öncə Fəxri xiyanbanda Həzi Aslanovun məzarını ziyarət ediblər.
Daha sonra isə ANS-in qarşısında aksiya keçirməyə cəhd ediblər. Polis aksiyanın baş tutmasına imkan verməyib. Rafiq Cəlilov da aksiyada saxlanılıb.
Qaynar.info




