
Mərhum jurnalist, yazıçı-publisist Rafiq Tağının ailə üzvləri Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər.
APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, Rafiq Tağının 19 noyabr 2011-ci il tarixdə xüsusi təşkilatçılıqla bıçaqlanması və 23 noyabr 2011-ci il tarixdə öldürülməsindən 2 ilə yaxın keçməsinə baxmayaraq, bu qətl cinayətini araşdırmağa borclu olan istintaq orqanı faktiki olaraq heç bir səmərəli addım atmayib, nəticədə xüsusilə ağır cinayətin üstü açılmayıb.